Bu münasibətlə Göyçay Bayraq muzeyində Şəhid ailələrinə Qayğı cəmiyyəti tərəfindən tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad edib, ruhların ehtiramla anıblar.
Sonra Bayraq muzeyi rəhbəri Nicat Mahmudov muzey barədə qonaqlara məlumat verib.
“Göyçay” qəzeti, Göyçay informasiya agentliyi, Nartv in baş redaktoru Anar Nağıyev çıxış edərək, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad edilməsindən, media nümayəndələrinin informasiya cəbhəsindəki fəaliyyətindən danışıb. Bildirib ki, 44 gün davam edən Vətən müharibəsi zamanı hər kəs qalibiyyət üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək ortaya inanılmaz qətiyyət qoymuşdu. Bu əzmi, qətiyyəti və dəyanəti özünün əməli fəaliyyəti ilə göstərənlər sırasında jurnalistlər – kütləvi informasiya vasitələrinin bölgə müxbirləri, eləcə də operatorlar xüsusi fəallıqları ilə seçilirdilər. Onlar Azərbaycan ictimaiyyətinin dəqiq və qərəzsiz informasiyalarla təminatında müstəsna missiya yerinə yetiriblər. A. Nağıyev çıxışında Azərbaycan Vətən müharibəsində həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi.
İnformasiya cəbhəsində aparılan işin ön cəbhədəki qədər əhəmiyyətli olduğunu deyən cəmiyyət sədri qeyd edib ki, Vətən müharibəsi zamanı Prezident İlham Əliyev dünyanın bir sıra nüfuzlu telekanalına geniş müsahibələr verdiyini, dövlətimizin başçısı həmin müsahibələrdə Ermənistanın Azərbaycana qarşı başladığı elan olunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.İnformasiya müharibəsində media nümayəndələrinin də üzərinə böyük məsuliyyət düşdüyünü, 44 gün ərzində KİV nümayəndələri çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadıqlarını qeyd etdi.Azərbayvan jurnalistləri həm peşə borcunu ləyaqətlə yerinə yetirdilər, həm də vətənpərvərlik nümunəsi göstərdilər. Televiziyaların, elektron media orqanlarının nümayəndələri birbaşa hadisə yerindən informasiyalar foto və videolar yayımladılar, xalqımızı, dünyanı məlumatla təmin etdilər. Biz azrxa cəbhədə baş verənləri Göyçay.info.az və NarTv yotube kanalı vasitəsilə 44 ərzində dəqiq, müntəzəm və obyektiv olaraq yaydlq. 43 qəhrəmanımızn şəhidlik məqamına çatmasını, dəfin mərasimlərini lentə aldıq. Gənclırin səfərbərlik şöbəsinə fəxrlə yüksək ruhla axışmasını, Ali Baş komandanın cağrışəna səs verməsini, Göyçaylı sahibkarların Əsgərə dəstək aksiyasını, rayon rəhbərliyi ilə vətəndaşın birliyini gördük və işlqlandlrdlq. Göyçay trayin icra hakimiyyəti başçısı bizlərin fəaliyyətin yüksək qiymətləndirərək Zəfər qələbəmizdın sonra kollektivimizi fəxri fərmanla təltif etdi. Vətən müharibəsi zamanı zabit, əsgər, həkim, jurnalist və başqa sahələr öz öhdələrinə düşən vəzifəni layiqincə yerinə yetirdilər. Dəyirmi masa ətrafında müzakirələrdən sonra Şəhid ailələrinə Qayğı cəmiyyətinin Göyçay şöbəsinin sədri Eldəniz
Rüstəmov çıxışında bildirib ki, Vətən müharibəsi zamanı könüllü olaraq cəbhəyə getməsini, düşmənlə üz üzə qanlı döyüşlərdə Azərbaycan oğullarının igidliyiyindın danışdı. E. Rüstəmov çıxışında 2020-ci il sentyabrın 27-də erməni təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuz bütün cəbhəboyu əks-hücuma keçdiyini, hərbi əməliyyatların elə ilk günündə düşmənin illərdir möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti ayrıldığını bildirirərərık 44 gün davam edən müharibə Azərbaycan Ordusunun Qələbəsi, 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndiyini vurğuladı. Tarix yazan sərkərdə, Azərbaycan ordusu üç rəngli bayrağımızı Vətən torpağında dalğalanırdı. Bu gün Şəhid ailələrinə, qazilırimizə dövlət qayğısı var. Göyçay rayonunda da biz bunu əyani olaraq görürük. Şəhidlərimizə ehtiram onların ailəsinə göstərilən diqqət yüksək şəkildə təşkil olunub. Cəmiyyət sədrinin çıxışından sonra mətbuat nümayəndələrinin Vətən müharibəsi zamanı arxa cəbhədə xidmətlərinə görə fəxri fərmanlarla təltif olundu.
Şəhid valideyinləri mətbuatın fəaliyyətini qiymətləndirərək, jurnalistləri təbrik etdilər.
Göyçay informasiya agentliyi, Nartv in redaktoru Gülşən Muradova sonda media nümayəndələri adından şəhid yaxınlarına və cəmiyyət rəhbərliyinə öz təşəkkürünü bildirərək Qarabağ bölgəsində və arxa cəbhədə çalışan mətbuat nümayəndələrinin müharibə dövründə əsgər və zabitlərimizin qəhrəmanlığını, cəbhəyanı bölgələrdəki sakinlərin fədakarlığını, postmüharibə dövründə isə Qarabağda abadlıq-quruculuq işlərini işıqlandırdığını diqqətə çatdırıb, ictimaiyyətin düzgün məlumatlandırılması, Azərbaycan həqiqətlərinin dünyaya yayılması sahəsində fəaliyyətinə görə onlara minnətdarlığını bildirərək, təkcə 44 günlük Vətən müharibəsi dövründə deyil, bundan sonra isə xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalarla, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatları dəqiq, məsuliyyətlə, qərəzsiz yayacaqlarını qeyd etdi.
Sonda şəhid valideyinləri, cəmiyyət üzvləri və KİV nümayəndələri ilə birgə xatirə fotosu çəkildi.