Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Ukraynada iki azərbaycanlı Türkiyə vətəndaşını qaçırmaq şübhəsi ilə saxlanılıb

Ukraynanın Lvov şəhərində polis pul tələb etmək məqsədilə adam qaçırmaq şübhəsi ilə iki Azərbaycan və bir Türkiyə vətəndaşını saxlayıb.

“Report” xəbər verir ki, bu barədə Lvov Milli Polisinin Mətbuat xidmətindən bildiriblər.

Hadisə oktyabrın 21-də baş verib. Polisə Türkiyə vətəndaşının qaçırılması ilə əlaqədar zəng daxil olub. Zəng edən şəxs naməlum şəxslərin bir şəxsi silahla təhdid edərək zorla avtomobilə mindirdiklərini və onu naməlum istiqamətə apardıqlarını bildirib. Cinayətkarlar qaçırdıqları şəxsin azad edilməsi üçün onun tanışından – həmyerlisindən 100 min dollar tələb ediblər.

Şübhəlilər saxlanılıb, faktla bağlı qanunsuz azadlıqdan məhrumetmə və ya adam qaçırılması və hədə-qorxu ilə tələbetmə maddələri ilə cinayət işi açılıb.

Cinayət işi üzrə məhkəməyəqədərki araşdırma aparılır.

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir