Bazar , 15 Noyabr 2026
Drone Cameras

Bakıda 7 yaşlı uşağı avtomobil vuraraq hər iki ayağını sındırıb

Bakıda azyaşlının xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Avtomobil yolu keçən 2014-cü il təvəllüdlü Kərimova Məryəm Orxan qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona hər iki baldır sümüklərinin yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Check Also

Sabiq nazir oğurladığı pulları meşədə gizlədibmiş

Macarıstanda müstəntiqlər keçmiş milli inkişaf naziri Mikloş Seştakla bağlı cinayət işi çərçivəsində Budapeştdə və ölkənin …