Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Ərdoğanla Angela Merkel arasında görüş olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya kansleri Angela Merkellə görüşüb.

Boyukmillet.com xəbər verir ki, liderlər İstanbulun Huber malikanəsində bir araya gəliblər.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı vəziyyəti, regional məsələlər, həmçinin miqrasiya va qaçqınlar problemi müzakirə olunub.

Prezident və kansler malikanənin eyvanından İstanbul boğazını izləyiblər. R.T.Ərdoğan A.Merkelə boğaz haqqında məlumat verib. Onlar, həmçinin sahildəki vətəndaşları, o cümlədən jurnalistləri salamlayıblar.

Liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.13:18

Almaniya kansleri Angela Merkelin Türkiyəyə səfəri başlayıb.

“Report” xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Görüşdə ikitərəfli əlaqələrlə yanaşı, Liviya, Suriya və Əfqanıstandakı vəziyyət müzakirə olunacaq.

Qeyd edək ki, A.Merkelin Türkiyəyə səfəri müxtəlif ölkələrə vida ziyarətləri çərvicəsində həyata keçirilir.

Check Also

Azərbaycan boksçusu dünya çempionatında qızıl medal qazanıb

Azərbaycan boksçusu Sübhan Mamedov (48 kq) Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında qızıl …