Bazar ertəsi , 12 Yanvar 2026
Drone Cameras

Surqut hava limanına Fərman Salmanovun adı verildi

Rusiyanın Surqut şəhərinin hava limanı görkəmli Azərbaycan neftçisi Fərman Salmanovun adını daşıyacaq.

Boyukmillet.com xəbər verir ki, bu, “Rusiyanın dahi adları” layihəsi çərçivəsində ölkənin 47 aeroportuna görkəmli şəxslərin adlarının verilməsinə dair ümumxalq səsverməsinin nəticələrinə əsasən məlum olub. Səsvermənin nəticələri “Rossiya 1” telekanalında elan olunub.

Həmçinin qeyd olunur ki, Moskvanın Şeremetyevo aeroportuna Aleksandr Puşkinin, Domodedovo aeroportuna isə Mixail Lomonosovun adı veriləcək.

Rusiyanın daha 5 şəhərində səsvermənin ikinci turu keçiriləcək.

Qeyd edək ki, səsvermədə 50 regiondan 5 milyona yaxın insan iştirak edib. Səsvermə 11 oktyabr – 30 noyabr tarixlərində keçirilib.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir