Bazar , 8 Fevral 2026
Drone Cameras

ÜST rəsmisi pandemiyanın başa çatması üçün əsas şərti açıqlayıb

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç koronavirus pandemiyasının başa çatacağı tarixlə bağlı fikirlərini açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, o, bu barədə “Rossiya 1” telekanalının efirində danışıb.

ÜST rəsmisi bildirib ki, pandemiya yalnız əhalinin kifayət qədər kütləvi immunitetinin malik olduğu halda dayanacaq.

Melita Vuynoviçin sözlərinə görə, Avropa regionunda, o cümlədən Rusiyada son iki həftə ərzində yoluxma səviyyəsi təxminən 18% artıb. “Kollektiv immunitet yalnız aktiv peyvəndlə mümkündür”, – o əlavə edib.

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …