Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Bakı meri Atatürk parkındakı obyektləri sökdürür – Aralarında sabiq deputatın restoranı da var / Fotolar

 
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.
 
BakuPost xəbər verir ki, İcra hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, hazırda aparılan söküntü işləri çərçivəsində park yenidən qurulacaq.
 
Bildirilib ki, ərazidə müəyyən sayda yeni və müasir obyektlər salınacaq. Bunlar əsasən istirahət guşələri, uşaqlar üçün əyləncəli oyun zalları, çayxanalardan ibarət olacaq.
 
Qeyd edək ki, söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.
 
 
Məlumata görə ərazidə söküləcək obyektlər arasında sabiq millət vəkili Fərhad Qəribovun “Billur” restoranı da var.
 
 
 
 

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir