Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Fransadakı iştişaşlardan həvəslənən Klıcdaroğlu Türkiyədə fəhlələri üsyana çağırdı

Fransadakı iştişaşlardan həvəslənən Klıcdaroğlu Türkiyədə fəhlələri üsyana çağırdı

Ankarada insan haqları mövzusunda bir tədbirdə iştirak edən müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Klıcdaroğlu işçiləri üsyana çağırıb. 

Avropa.info xəbər verir ki, Fransadakı iğtişaş və xaosdan həvəslənən Klıcdaroğlu işçilərə xitabən “meydanlara çıxın” çağırışı edib.

“Bir dövlət mənim əmək haqqlarımı vermirsə, sosial dövlət olma anlayışından uzaqlaşmış deməkdir. Ən çox üsyan etməli olan həmkarlar ittifaqlarıdır. Bütün meydanların dolması lazımdır. İndi deyəcəklər ki, Kılıçdaroğlu fəhlələri üsyana təşviq edir. Əgər siz öz haqqınıza sahib çıxmasanız kimsə verməz. Bəşəriyyət tarixi haqq arama uğrunda mübarizə tarixidir. Siz konstitusiyanın sizlərə tanıdığı haqqa da sahib çıxmırsınızsa, bir problem var deməkdir” – Klıcdaroğlu belə deyib.

CHP sədrinin Almaniya səfəri və Fransada baş verən iştişaşlardan sonra, bu çağırışla çıxış etməsi diqqətdən yayınmayıb.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir