Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Prezident Tatar: “Əsla 1974-cü ildən öncəyə dönməyəcəyik”

“Əsla 1974-cü idən öncəyə dönməyəcəyik!”

Boyukmillet.com xəbər verir ki, bu sözləri ŞKTC Prezidenti Ersin Tatar Amerikan Universitetində düzənlənən Milli Mücadilə və Şəhidləri Anma törənindəki çıxışında deyib.

“Ödənən o qədər bədəldən, edilən bunca fədakarlıqdan sonra Kipr Türk xalqının suverenliyini sonsuzadək yaşatmaq vəzifəmizdir” – o deyib.

Uşaqlıq illərində mücadilənin içində böyüdüyünü ifadə edən Prezident Tatar 1974-cü ildə Kipr Türk Barış Hərəkatı və Türk əsgərinin adaya ayaq basması ilə Kipr Türk xalqının azadlıq və hürriyyətinə qovuşduğunu bildirib.

Federal əsasda ortaq bir çözüm axtarışlarının nəticəsiz qaldığını deyən Tatar Türkiyə dövlətinin dəstəyilə Kiprdə iki bərabər suveren dövlətin yan-yana yaşaması və işbirliyinin ola biləcəyi mümkünlüyünü dilə gətirib.

O deyib ki, Rum tərəfi hələ də Kipri Helen adası etmə xəyalını görməkdədir və prezident seçildiyi gündən bəri bu gerçəyi dünya ilə paylaşır. Kipr Türklərinin 1571-ci ilədək uzanan tarixinə baxarkən nə qədər böyük bədəl ödəndiyini ifadə edən ŞKTC Prezidenti deyib ki, “babalarımızın kimliyi diqqətə alınarsa, adanın əsl sahibləri bizik”.

O deyib ki, bu gün Şərqi Aralıq dənizində əldə olunan nailiyyətlər şəhid və qazilərin mücadiləsinin qürurlu nəticəsidir.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …