“Belarusu qınamaq lazım deyil ki, o, Azərbaycanla silah alveri edir.”
Boyukmillet.com xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə rusiyalı jurnalistlərlə görüşündə deyib.
Onun sözlərinə görə, Belarus “Polonez” raket kompleksinin sınağına həm azərbaycanlıları, həm rusları, həm də erməniləri dəvət edib:
“Onlar əmin olmalı idilər ki, bu silah həqiqətən çox yüksək keyfiyyətə malikdir. Azərbaycanlılar bizdən bu silahı almaq istədilər. Axı bizə bu ad altında aldığımız kredit qaytarmaq lazım idi. Və mən dedim ki, azərbaycanlılara satıram. Ermənilərə analoji kompleksin satılması təklif olunub. Ermənilər imtina etdilər, əsas gətirdilər ki, onlarda Rusiyanın “İsgəndər”i var və onu da paradda nümayiş etdiriblər. Biz azərbaycanlıların xahişini nəzərə alaraq bu kompleksi paradadək hazırladıq. Yəqin mənim günahım ondadır ki, mən parad üçün bu kompleks hazır etməyə çalışdım. Axı mən bunu ermənilərə də təklif etdim, dedilər ki, lazım deyil”.