Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

QHT sədrinə yubiley medalı təqdim olunub

Zəfər günü ərəfəsində Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini general-leytenant Abbas Xəlilov “Hərbi And” qəzetinin baş redaktoru, «Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə» İctimai Birliyinin sədri  Emin Həsənlini qəbul edib. 
Boyukmillet.com xəbər verir ki, Emin Həsənli səmimi qəbula görə minnətdarlığını bildirərək xalqımızın qürur günü – Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb. Qarşlıqlı fikir mübadiləsinin sonunda cənab general-leytenant Abbas Xəlilov tərəfindən “Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı Emin Həsənliyə təqdim olunub.

Check Also

QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimdən, niyə və necə qorunur?! -İldə 80 min manat da belə gedir….

QHT-lərin bir çox xidmətdən elektron qaydada istifadə edə bildiyi şəraitdə belə bir qurumun qarşısında silahlı polis …