Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Cəlilabadda zəfər yürüşü keçirilib

Cəlilabad rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə yürüş və ağaçəkmə aksiyası keçirilib.

Boyukmillet.com xəbər verir ki, Zəfər yürüşündə Cəlilabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cəlilabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan yürüş Heydər Əliyev adına parkdan başlayıb və Şəhidlər Xiyabanında başa çatıb. Yürüş iştirakçıları Şəhidlər Xiyabanında ərazi bütövlüyümüz uğrunda döyüşlərdə şəhid olmuş igid həmyerlilərinin xatirəsini ehtiramla anıblar.

Zəfər yürüşü Ulu Öndərin adını daşıyan seyrəngahda musiqili mərasimlə davam edib.

Mərasimdən sonra 8 Noyabr – Zəfər Günü münasibətilə Cəlilabad şəhərində ağacəkmə aksiyası keçirilib.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …