Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Qarabağ müxbirləri və operatorları təltif edildilər

Boyukmillet.com xəbər verir ki, Qarabağ Qaziləri İctimai Birliyi Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndələrini II Qarabağ müharibəsinin informasiya cəbhəsində xidmətlərinə görə “Fəxri Fərman”la təltif edib.

sayta 222 1024x768 - Müxtəlif media qurumlarının Qarabağ müxbirləri və operatorları “Fəxri Fərman”la təltif ediliblər

Birliyin Quzanlı qəsəbəsində yerləşən Ağdam şöbəsində jurnalist və operatorlarla görüşən  Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı qələbə qazanaraq 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı azad etməsindən danışıb. Bildirilib ki, müharibə dövründə xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm informasiya müharibəsində qalib gəldi. Xüsuslilə də, Qarabağ bölgəsində uzun illərdir ki, fəliyyət göstərən media nümayəndələri də atəşkəs dövründə, Aprel döyüşlərində olduğu kimi II Qarabağ müharibəsində də çətin və təhlükəli şəraitdə çalışaraq həm ölkə, həm də dünya ictimaiyyətinin məlumatlandırılmasında mühüm rol oynadılar. Məlumat verildi ki, Qarabağ Qaziləri İctimai Birliyinin İdarə Heyətinin qərarı ilə səmərəli fəaliyyətə görə Şöhrət  Eyvazov, Şamxal Adıgözəlov, Habil Aslanoğlu, Elnur Əkbərov, Tahir Ağamməmədov, Pərviz Səlimli, Elgün Gəncimsoy, Daşqın Abdullayev, Elgün Qənbərov, Vüsal Quiyev, Loğman İsmayılov, Elmin İsfəndiyarov, Ziya İsmayılov, Vicay Vəliyev və Ramin Mehdi “Fəxri fərmanla təltif ediliblər.

sayta 444 1024x768 - Müxtəlif media qurumlarının Qarabağ müxbirləri və operatorları “Fəxri Fərman”la təltif ediliblər

Qarabağ Media Assosiasiyasının sədri Şöhrət Eyvazov Qarabağda fəaliyyət göstərən media nümayəndələrinə göstərdiyi diqqətə görə Qarabağ Qaziləri İctimai Birliyinin sədri Asəf Əliyev və www.qaziler.az saytının rəhbəri Rey Kərimoğluna təşəkkür edib.  Bildirilib ki, Qarabağ üzrə bölgə müxbirləri xalqımızı işğaldan azad olunmuş torpaqlarımızdan müxtəlif istiqamətli informasiyalar, o cümlədən həyata keçirilən inkişaf, bərpa-quruculuqla bağlı məlumatlandırmaqda davam edərək informasiya təhlükəsizliyinin prinsiplərinə əməl edirlər.

sayta 3333 1024x768 - Müxtəlif media qurumlarının Qarabağ müxbirləri və operatorları “Fəxri Fərman”la təltif ediliblər

Check Also

Şuşa Media Forumu beynəlxalq mediada rezonans yaratmaqda davam edir

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumun baş tutmasından bir …