Bazar , 8 Fevral 2026
Drone Cameras

SON DƏQİQƏ: Ukrayna ordusu Donbasda strateji əhəmiyyətə malik kəndi rus separatçıların işğalından azad etdi

Ukrayna ərazisində özünü “müstəqil” elan edən separatçı “Donetsk xalq respublikası” Ukrayna ordusunun Donbasda təmas xəttində yerləşən Staromarevka kəndini geri aldığını açıqlayıb.

Boyukmillet.com xəbər verir ki, bu haqda qondarma “dxr”in “xarici işlər naziri” Natalya Nikonorova Rusiya mediasına açıqlamasında deyib.

“Ukrayna silahlı birləşmələri irəliləyişlərini davam etdirərək Staromarevka kəndini ələ keçirib, orada Ukrayna bayrağını sancıb, yeni istehkamlar ucaldıb və səngərlər düzəldiblər”, – deyə separatçı Natalya Nikonorova bildirib.

Qeyd edək ki, oktyabrın sonunda “Babel” xəbər saytı Ukrayna Müdafiə Nazirliyindəki mənbələrə əsaslanaraq, Kiyev qüvvələrinin Staromarevka kəndini işğaldan azad etdiyini bildirmişdi. Lakin, Ukrayna Silahlı Qüvvələri bu xəbəri təkzib etmişdi. 

Check Also

ABŞ Ukraynaya hərbi texnika üçün ehtiyat hissələri göndərəcək

ABŞ Dövlət Departamenti Ukraynaya hərbi texnika üçün təxminən 185 milyon dollarlıq ehtiyat hissələrinin tədarükü ilə …