Şənbə , 13 Dekabr 2025
Drone Cameras

ÜST rəhbəri COVID-19 peyvəndi ilə bağlı dövlətlərə çağırış edib

“80-ə yaxın ölkə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2021-ci ilin sonunadək əhalinin ən azı 40%-ni COVID-19-a qarşı peyvənd etmək məqsədinə dünya ictimaiyyətinin köməyi olmadan nail ola bilməyəcək”.

Boyukmillet.com xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus bildirib.

Onun sözlərinə görə, bu ölkələrin 50 faizi Afrika qitəsində yerləşir: “Bu problemi həll etmək üçün əlavə 550 milyon doza peyvənd lazımdır”.

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri bildirib ki, COVID-19 peyvəndini bağışlamağa söz vermiş dövlətlər mümkün qədər tez vədlərini yerinə yetirəcək.

Check Also

Kiberpolisdən “Qarabağ” – “Ayaks” oyunu ilə bağlı əməliyyat – Saxlanılanlar var

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) dekabrın 10-da Çempionlar Liqasının növbəti mərhələsində Tofiq …