Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Deputatın bacısı oğlu polisi təhqir edib-Həbs edildi

share

Şirvandan deputat olan İltizam Yusifovun bacısı oğlu Cəfərov Şəhriyar Cəfər oğlu polisi təhqir etdiyi üçün inzibati qaydada Şirvan şəhər məhkəməsi tərəfindən 15 günlük həbs edilib.

Boyukmillet.com xəbər verir ki, hadisə noyabrın 9-da baş verib. Belə ki, onun tanışı içkili vəziyyətdə DYP əməkdaşları tərəfindən saxlanılıb.

Həmin şəxs Şəhriyar Cəfərova zəng edərək onu əraziyə çağırıb. Deputatın bacısı oğlu hadisə yerinə gəldikdən sona Şirvan DYP əməkdaşları ilə mübahisə edib və polisi təhqir edib.

Məlumata görə DYP əməkdaşları əlavə polis qüvvələrinin köməyi ilə hər iki şəxsi polis şöbəsinə aparıblar, oradan isə məhkəmə qarşısına çıxarılıblar.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …