Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Fərhad Abdullayev beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırılan işlərdən danışıb

“Azərbaycan 30 ilə yaxın müddətdə öz suveren ərazilərinin Ermənistanın qanunsuz hərbi işğalından irəli gələn müxtəlif beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edib”.

Boyukmillet.com  xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev bildirib.

“Ermənistana qarşı beynəlxalq səviyyədə hüquqi məsuliyyət tədbirlərinin həyata keçirilməsi ilə bağlı İnsan Hüquq­ları üzrə Avropa Məhkəməsinə Azərbaycan vətəndaşlarının hü­quqlarının Ermənistan tərəfindən davamlı şəkildə pozulduğunu və BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edilərək BMT-nin 1965-ci il tarixli “İrqi ayrı-seçkiliyin bütün formala­rın ləğv edilməsi haqqında” beynəlxalq konvensiya əsasında Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı uzun müddət etnik təmizləmə siyasətinin aparılmasını sübut edən faktlar təsbit olunub”, – o vurğulayıb.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …