Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ukraynada Vətən müharibəsinə həsr olunan çempionata start verilib

Ukraynanın Lvov şəhərində yerli komandalar arasında Azərbaycanın Zəfər gününə həsr olunan futzal çempionatına start verilib.

Boyukmillet.com xəbər verir ki, çempionat Lvov vilayəti Mini-Futbol Assosiasiyası, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Gənclər və İdman Departamenti, konqresin Lvov üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Departamentin və nümayəndəliyin rəhbəri Şəhriyar Məhərrəmov bildirib ki, çempionatda 10 komanda iştirak edir. Bunlar Ukraynanın “GlobalLogic”, “FlexoRes”, “Armiks”, “Kopa”, “QaliIO”, “FC Berkut”, “Ruh Family”, “Ekobudstil”, “Graundteks” və “Karabakh Lvov”dur. Çempionat bir ay davam edəcək.

Yarışın açılışında Azərbaycanın 2020-ci il sentyabrın 27-də əks-hücumla başlatdığı 44 günlük Vətən müharibəsində həlak olan şəhidlərin ruhu yad olunub, qələbənin əhəmiyyətindən bəhs edilib.

Check Also

Xankəndi stadionunda təmirdən sonra ilk rəsmi oyun

Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı məlumdur. Peşəkar Futbol Liqasından verilən …