Bazar , 24 Noyabr 2024
Drone Cameras

Erməni terrorçuları Rusiyanı səfirlikləri partladacaqları ilə hədələyir

Futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq oyunu keçirəcək.

Boyukmillet.com xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv Bakıda Qətər yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda oynanılacaq görüş saat 21:00-da başlayacaq. Matçı litvalı FIFA referisi Donatas Rumşas idarə edəcək. Bu, Azərbaycan seçməsinin 2021-ci ildəki son oyunu olacaq.

İki kollektiv indiyədək 3 dəfə yoldaşlıq görüşündə üz-üzə gəlib. 2013-cü ildə Qətərin paytaxtı Dohada baş tutmuş qarşılaşma 1:1 hesablı heçə-heçə ilə başa çatıb. 4 il sonra eyni şəhərdə keçirilmiş 2-ci matçda Azərbaycan millisi rəqibini məğlub edib – 2:1. Bu il martın 27-də Macarıstanın Debretsen şəhərindəki görüşdə isə Qətər yığması eyni hesabla qalib gəlib.

Bu, Azərbaycan millisinin ümumilikdə 130-cu yoldaşlıq oyunu olacaq. Əvvəlki 129 matçda komanda 35 qələbə qazanıb, 43 heç-heçə edib və 51 dəfə uduzub. Bu qarşılaşmalarda 119 qol vuran yığma qapısında 163 top görüb.

Qeyd edək ki, Qətər millisi 2022-ci il dünya çempionatının seçmə mərhələsinin A qrupunda müsabiqədənkənar iştirak edir.

Beynəlxalq yoldaşlıq oyunu

14 noyabr

21:00. Azərbaycan – Qətər

Hakimlər: Donatas Rumşas, Aleksandr Radius, Dovidas Sujiedelis (hamısı Litva)

Dördüncü hakim: Elçin Məsiyev

Bakı Olimpiya Stadionu.

Check Also

Azərbaycanın güllə atıcıları Serbiyadakı turniri beş medalla başa vurublar

Azərbaycanın güllə atıcıları Serbiyanın Smederevo şəhərində gənclər arasında keçirilən Qran-prini beş medalla başa vurublar. Boyukmillet.com …