Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Beynəlxalq Diaspor Mərkəzinin bir qrup fəal gənc üzvləri Türkiyənin Antalya şəhərində səfərdədir. Gənclər Həmrəylik günü münasibətilə Antalyada Azərbaycan dərnəyinin təşkil etdiyi tədbirdə iştirak etmiş və Antalyada fəaliyyət göstərən nüfuzlu təşkilatlarla görüşlər keçirmişlər. Bu haqda böyükmillət.com- a BDM- nin Türkiyə üzrə gənclər koordinatoru Elman Əzizov məlumat verib. Onun bildirdiyinə görə görüşlərdə gənclərdən Ağayeva Ayda, Mikayıllı Gülər, Nicat Adıgözəlli və Nurlan Həmzəyev iştirak etmişlər. Gənclərin Türkiyə səfəri davam edir.
Check Also
Tramp: ABŞ Venesuela neftindən İran müharibəsinə xərclədiyindən 10 dəfə çox gəlir əldə edib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Venesuela neftindən əldə etdiyi gəlirin İrana qarşı hərbi əməliyyatlara çəkilən …
Boyukmillet.com Biz yanmasaq vətən yanar
