Cümə , 27 Fevral 2026
Drone Cameras

Bakıda dəhşətli hadisə – İki gənci maşında güllələdilər / VİDEO

 
Bakının Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
 
Boyukmillet.com “Baku.tv”yə istinadən xəbər verir ki, gecə saatlarında 10-TO-170 dövlət nömrə nişanlı “Hyundai Elantra” markalı avtomobildə 2 nəfər güllələnib.
 
Həmin şəxslər 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırovdur.
 
T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.
 
Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir