Cümə , 22 Noyabr 2024
Drone Cameras

Hulusi Akar Azərbaycan və Türkiyənin təhlükəsizliyinin təmin olunmasından danışıb

“Türkiyə Silahlı Qüvvələrinin hazırda Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətlərinə dəstəyi, həmçinin işğaldan azad olunan ərazilərdə birlikdə minatəmizləmə fəaliyyəti davam edir”.

Boyukmillet.com “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

“İndi Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələləri bir-birindən ayrı təsəvvür edilə bilməyəcək səviyyəyə çatıb. Təhlükəsizlik məsələsi başda olmaqla, az qala, hər sahədə əməkdaşlığımızı nəzərdə tutan Şuşa Bəyannaməsi bu mənada tarixi bir addımdır”, – o bildirib.

H.Akar Türkiyənin Liviyada xarici güc olmadığını da vurğulayıb: “İndi Liviyada sabitlik istiqamətində irəliləyiş varsa və siyasi proseslər başlayıbsa, bu, Türkiyənin töhfələri ilə mümkün olub”.

Check Also

Polşa Prezidentinin COP29-da Lukaşenko ilə şəkil çəkdirməkdən imtina etdiyi bildirilir

Media yazır ki, bu, Anjey Dudanın düşünülmüş qərarı olub Noyabrın 12-də Bakıda keçirilən COP29 sammitində …