Bazar , 15 Noyabr 2026
Drone Cameras

İranda neft kəməri partlayıb

“İranın cənubunda, Xuzistan əyalətinin Pamşir rayonun Ramis kəndindən keçən neft kəmərində partlayış olub”.

Boyukmillet.com  “Tasnim”a istinadən xəbər verir ki, bunu Xuzistan əyalətinin sözçüsü Cəlil Zahiri bildirib.

Onun sözlərinə görə, hadisəyə səbəb kimi infrasturkturun köhnəliyi göstərilir.

C.Zahiri deyib ki, bu kəmərlə “Marun Panj” şirkətinə neft nəql olunur. O, partlayış nəticəsində insan itkisi olmadığını deyib.

Vurğulanıb ki, partlayışın səsi ətraf bölgələrdə də eşidilib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …