Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər açıqlanıb – SİYAHI

Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətləri müəyyənləşir.

Boyukmillet.com xəbər verir ki, bu, “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

1. Tətil etmək;

2. Seçkili orqanlarda vəzifə tutmaq;

3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

7. Daimi yaşamaq üçün xaricə getmək;

8. Siyasi və dini təbliğatla məşğul olmaq;

9. Dövlət sirrini yaymaq.

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …