Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Politoloq: “Beynəlxalq birlik Ermənistanın təxribatlarını qınamalıdır”

“Beynəlxalq birlik Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatları qınamalıdır”.

Bunu “Report”a amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teys bildirib.

“Ermənistan regionda dinc qonşuluqla və iqtisadi inkişafla bağlı mövcud beynəlxalq normaları pozur. Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən irimiqyaslı hərbi təxribatlar Vaşinqtonun beynəlxalq aləmdəki nüfuzunu itirdiyi, ABŞ cəmiyyətinin çoxşaxəli iqtisadi böhrana düçar olduğu bir vaxta təsadüf edir” – deyən politoloqun fikrincə, ABŞ və Avropa İttifaqının rəhbərləri həmin təxribatları qınamalıdırlar:

“NATO, Avropa Parlamenti, habelə Vaşinqton, Berlin Ermənistan rejimini qınamalı, toqquşmaları dayandırmağa çağırmalıdırlar. Əminəm ki, Vaşinqton və Brüssel regionda daha fəal siyasət yeritməsələr, ermənilər tərəfindən bu kimi hücum təxribatları gələcəkdə də törədilə bilər”.

Check Also

27 ildən sonra işğaldan azad edilmiş Cəbrayıl rayonu yeni inkişaf mərhələsində

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışımız Cəbrayıldan, Aprel döyüşlərindən sonra strateji yüksəkliklərin ordumuzun nəzarətinə keçməsi …