Cümə , 30 Yanvar 2026
Drone Cameras

Nikol Paşinyan: “Azərbaycanla sülh sazişi imzalamağa hazırıq”

“İrəvan Bakıya sülh sazişi imzalamağı təklif edib və edir”.

Boyukmillet.com “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki “hökumət saatı” zamanı bildirib.

“Biz Azərbaycana sülh sazişi imzalamağı təklif etmişik və edirik də. Həmçinin bildirmişik ki, ATƏT-in Minsk Qrupunun bütün fəaliyyəti sülh sazişinin imzalanmasına yönəlib” – deyə Baş nazir qeyd edib.

“Tammiqyaslı danışıqlar prosesinin bərpasından danışırıq və bu prosesə cəlb olunmuşuqsa, deməli, məqsədimiz də sülh sazişini imzalamaqdır” – deyə o əlavə edib.

Check Also

Qanlı 20 Yanvar faciəsindən 36 il ötür

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrinin 36-cı ildönümüdür. …