Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Ərdoğan: “Rusiya ilə “S-400″lərin birgə istehsalı ölkələrimiz üçün həssas məsələdir”

Rusiya və Türkiyə “S-400” zenit-raket komplekslərinin komponentlərinin birgə istehsalı ilə bağlı heç bir açıqlama verməmək barədə razılığa gəliblər.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada İspaniyanın Baş naziri Pedro Sançeslə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.

Ərdoğan bunun Rusiya və Türkiyə üçün həssas məsələ olduğunu da qeyd edib.

Qeyd edək ki, Rusiya və Türkiyə 2017-ci ildə “S-400” zenit-raket komplekslərinin tədarükü üçün ilk müqavilə imzalayıb, Türkiyə tərəfi kompleksləri 2019-cu ilin yayı və payızında alıb. “S-400” zenit-raket komplekslərinin yeni partiyasının tədarükü ilə bağlı müqavilənin isə bu ilin sonuna qədər imzalanacağı bildirilir.

Check Also

Nazir: Türkiyədə terrorun kökünü kəsəcəyik

Türkiyədə terrorun kökünü kəsəcəyik. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Diyarbəkirdə …