Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub

Nizami Gəncəvinin qəzəlləri Fransada çap olunub.

Boyukmillet.com xəbər verir ki, kitab dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə çap olunub.

Öz əsərlərində sülh, ədalət, humanizm, yüksək əxlaq, azadlıq və bərabərlik kimi ideal və dəyərləri təbliğ etmiş dahi mütəfəkkirin “Xəmsə”sinə daxil olan poemalarından ibarət kitab Fransanın məşhur Maisonneuve et Larose və Hémisphères Editions nəşriyyat evləri tərəfindən çap olunub.

Şairin aforizmləri ilə müşayiət olunan qəzəllərindən ibarət 128 səhifəlik kitabın tərcüməçisi Əli Musayevdir.

Kitabda şairin poemalarının motivləri əsasında çəkilmiş çoxlu sayda əsrarəngiz miniatürlər də yer alıb. Miniatürlərin müəllifi Pərnisə Əsgərovadır.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …