Cümə axşamı , 2 May 2024
Drone Cameras

Sahibə Qafarovanın Rusiyaya işgüzar səfəri başlayıb

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın Şura və 53-cü plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasına səfərə gedib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Sankt-Peterburqun “Pulkovo” Hava Limanında Milli Məclis sədrinin başçılıq etdiyi nümayəndə heyətini MDB PA Şurasının Baş katibi Dmitriy Kobitskiy, ölkəmizin Sankt-Peterburq şəhərindəki baş konsulu Sultan Qasımov və digər rəsmi şəxslər qarşılayıblar.

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında və MDB PA çərçivəsində keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. Spikerin tədbirə qatılacaq nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri nəzərdə tutulub.

Check Also

Zahid Oruc: Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik

Kəndlərimizin qaytarılmasına etiraz edən ermənilərə Paşinyanın dili ilə cavab verməliyik. Boyukmillet.com xəbər verir ki, bunu …