Bazar , 11 Yanvar 2026
Drone Cameras

Vətən müharibəsində pensiyasını orduya bağışlayan Hikmət baba Şuşaya gedib

Vətən müharibəsi dövründə pensiyasını orduya bağışlayan Hikmət Musayevin Şuşaya səfəri təşkil olunub.

Boyukmillet.com xəbər verir ki, o, 70 yaşını Azərbaycanın qədim mədəniyyət paytaxtında qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə Hikmət baba kimi məşhurlaşan Hikmət Musayev Şəkinin Baş Küngüt kəndində yaşayır. O, Vətən müharibəsi dövründə bir aylıq pensiyasını Silahlı Qüvvələrə Yardım Fonduna ianə etmişdi. H.Musayevin bu davranışı cəmiyyətdə rəğbətlə qarşılanmışdı.

Check Also

Erkən nikahla bağlı qanunvericilik sərtləşdirilə bilər

Milli Məclisdə erkən nikahla bağlı qanunvericiliyin sərtləşdirilməsi təklif olunub. Boyukmillet.com xəbər verir ki, Milli Məclisin Ailə, …