Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fəxrəddin Altun: “Azərbaycanın kədəri Türkiyənin kədəridir”

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

Boyukmillet.com-un xəbərinə görə, o, bu barədə tviter hesabında paylaşım edib.

“Azərbaycan Dövlət Sərhəd Xidmətinə aid helikopterin qəzaya uğraması nəticəsində həlak olan qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa arzulayırıq. Azərbaycanın kədəri Türkiyənin kədəridir. Bütün azərbaycanlı qardaşlarımızın başı sağ olsun!” – paylaşımda qeyd olunub.

Qeyd edək ki, noyabrın 30-da saat 10:40 radələrində DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Hadisə nəticəsində 14 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …