Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Ceyhun Bayramov İsveçə gedib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Stokholma işgüzar səfərə yola düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) xarici işlər nazirlərinin iclasında iştirak edəcək.

Eyni zamanda, xarici işlər nazirinin ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Check Also

AQC rəhbərliyi Latviya səfirliyində oldu

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Respublikasının …