Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Argentinalı futbolçunu aparan təyyarə yoxa çıxıb

İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın yer aldığı təyyarə yoxa çıxıb.

Boyukmillet.com xəbər verir ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən 29 yaşlı hücumçu yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə İngiltərəyə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına saat yarım qalmış radardan itib.

Təyyarə hava limanına gəlməyincə, onun axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunub. Hazırda axtarışlar Normand adalarında yaxın ərazidə aparılır.

Qeyd edək ki, daha öncə “Kardiff Siti”nin argentinalı futbolçudan ötrü klub üçün rekord sayılan 15 milyon funt sterlinq ödədiyi bildirilib. Onunla 2022-ci ilin yayına qədər müqavilə bağlanılıb.

(Report)

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir