Çərşənbə , 4 Noyabr 2026
Drone Cameras

Kriştianu Ronaldu vergi cinayətinə yol verdiyini boynuna alıb

 İtaliyanın “Yuventus” klubunun futbolçusu Kriştianu Ronaldu İspaniyanın paytaxtı Madriddə baş tutan məhkəmə prosesində vergi cinayətinə yol verdiyini boynuna alıb.

Boyukmillet.com xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bu gün baş tutan məhkəmədə 23 aylıq həbsə və 18,8 milyon avro cərimə ödəməyə razılıq verib. Lakin cəza müddəti 2 ildən çox olmadığına görə, İspaniya qanunlarına əsasən, şərti xarakter daşıyır.

Qeyd edək ki, Ronaldu 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınmaqda ittiham olunurdu. 2009-cu ildən “Real Madrid”də çıxış edən forvard ötən yay “Yuventus”a keçib.

(Report)

Check Also

Ermənistanda Serj Sarkisyanın sabiq administrasiya rəhbəri daxil olmaqla 36 nəfər saxlanıldı

Ermənistan İstintaq Komitəsi dövlətə məxsus “ENA” (Electric Networks of Armenia) şirkətinə dəymiş ziyanla bağlı 36 …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir