Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

ABŞ Azərbaycan və Ermənistanı aktiv dialoqa çağırıb

ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT-in İsveçin paytaxtı Stokholmdakı iclasında Vaşinqtonun Bakı və İrəvan arasında birbaşa dialoqun bərpa olunmasını alqışladığını bildirib.

Boyukmillet.com xəbər verir ki, Entoni Blinken tərəfləri humanitar məsələlər üzrə aktiv dialoqa çağırıb.

“Tərəfləri minaların zərərsizləşdirilməsi, itkin düşənlər, beynəlxalq hüququn pozulması məsələləri də daxil olmaqla humanitar dialoqda irəliləyişə nail olmağa çağırış edirik. Bakı və İrəvanı delimitasiya və demarkasiya, iqtisadi və kommunikasiya xətlərinin bərpasına, həmçinin ATƏT-in Minsk Qrupu ilə təmasları davam etdirməyə çağırırıq”, – o deyib.

Check Also

Tarixi məhkəmə başladı – Yekun qərar elan olunacaq

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən …