Bazar , 8 Fevral 2026
Drone Cameras

ATİB Qarabağla bağlı proqram hazırlayıb

“Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) Qarabağla bağlı böyük proqram hazırlayıb”.

Boyukmillet.com xəbər verir ki, bunu ATİB-in İdarə Heyətinin sədri Camal Yanğın Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda deyib.

“Qarabağda isgaldan əvvəl nələr var idisə, ilk növbədə onlar bərpa edilməli, həmin bölgəyə uyğun sərmayələr qoyulmalıdır. Məsələn, Ağdam deyiləndə ağlımıza ilk öncə kənd təsərrüfatı gəlir, bununla əlaqədar təklif hazırlamışıq. Füzuli və Kəlbəcərlə bağlı da planlarımız var, lakin bölgənin Baş plan hazırlanmadan konkret nəsə demək çətindir. Bir şey aydındır ki, insan resurslarına böyük ehtiyac olacaq”, – deyə o, qeyd edib.

Check Also

Gömrük və kirayə sahəsində müstəqil qiymətləndirmə təklif olunur

“Qiymətləndirmə fəaliyyətinin bütün sahələrdə vahid qaydada tətbiqi bazarın şəffaflığı və vətəndaşların hüquqlarının qorunması baxımından mühüm …