Şənbə , 13 Dekabr 2025
Drone Cameras

Baş Prokurorluqdan hərbi helikopterin qəzaya uğraması ilə bağlı yeni açıqlama

“Belə bir hadisənin baş verməsi təəssüf hissi doğurur. Bütün şəhidlərimizə Allah rəhmət eləsin”.

Boyukmillet.com -un xəbərinə görə, bunu Baş prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Mahir Abbasov deyib.

“Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğramasından dərhal sonra istintaq qrupu hadisə yerinə gedib. Mürəkkəb bir hadisə olduğuna görə, müxtəlif ekspertizalar təyin edilib. Hadisənin səbəbləri ilə bağlı əlavə məlumat veriləcək”, – o bildirib.

M.Abbasovun sözlərinə görə, “qara qutu”nun harada işlənməsi ilə bağlı məlumatlar açıqlana bilməz: “Ancaq “qara tutu” üzərində iş gedir”.

Check Also

Salyanda 9 kiloqram narkotik satmaq istəyən şəxslər həbs olunub

Salyanda narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilinən əvvəllər məhkum olunan Müşfiq Hüseynov və Anar Əsgərov həbs …