Bazar ertəsi , 25 Noyabr 2024
Drone Cameras

Azərbaycanla İran arasında energetika sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan İrandakı səfiri Əli Əlizadə İranın energetika naziri Əli Əkbər Mehrabian ilə görüşüb.

Bu barədə Azərbaycanın İrandakı səfirliyindən məlumat verilib.

Azərbaycanın İran üçün yaxın dost və qonşu ölkə olduğunu bildirən Əli Əkbər Mehrabian, iki ölkə arasında sıx tarixi bağların və dəyərlərin olduğunu diqqətə çatdırıb. Nazir Azərbaycanla energetika sahəsində əlaqələrin inkişafında maraqlı olduqlarını və bu müstəvidə icra olunan layihələrin tezliklə başa çatdırılması, yeni müştərək layihələrin nəzərdən keçirilməsinin zəruriliyini vurğulayıb. Rəhbərlik etdiyi nazirliyin Azərbaycanın aidiyyəti qurumarı ilə əməkdaşlığının daha da möhkəmlənməsində səylərin artırılmasının önəmini qeyd edən Əli Əkbər Mehrabian iki ölkə arasındakı münasibətlərin inkişafı naminə səmərəli xidməti fəaliyyətində səfir Əli Əlizadəyə uğurlar arzulayıb.

Azərbaycan Respublikasının İranla çoxşaxəli əlaqələrinin inkişafında energetika sahəsinin də aparıcı rolunun olduğunu qeyd edən səfir Əli Əlizadə icra olunan layihələrin bunu bir daha təsdiq etdiyini bildirib. İranla sərhəddə 132 km Azərbaycan ərazilərinin erməni işğalından azad olunmasının yeni reallıqlar və əməkdaşlıq üçün bir çox imkanlar yaratdığını vurğulayan səfir Əli Əlizadə həyata keçirilən önəmli layihələridən biri olan Xudafərin, Qız qalası layihələrinin bunun təzahürü olduğunu vurğulayıb.

Görüşdə həmçinin, iki ölkə arasında həyata keçirilən hidroqovşaqların və su elektrik stansiyalarının tikintisi üzrə işlər, eləcə də elektrik enerjisi dəhlizi layihəsi və digər müştərək layihələrin icrası, səfərlərin və görüşlərin təşkili, fəaliyyət göstərən Birgə Texniki Komissiyanın iclaslarının keçirilməsinin davam etdirilməsi, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Check Also

Türkiyəli nazirdən Bakıda Zəngəzur dəhlizi mesajı

“Son zamanlarda şərq-qərb istiqamətindəki ticarəti dəstəkləmək məqsədilə şimal-cənub istiqamətində də bəzi dəhlizlərin ortaya çıxdığını bilirik”. …