Bazar , 15 Noyabr 2026
Drone Cameras

Ermənistan parlamentində dava olub

Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

Boyukmillet.com xəbər verir ki, dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …