Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Tbilisidəki büstü ziyarət olunub.

Boyukmillet.com xəbər verir ki, anım mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın keçmiş Baş və Xarici İşlər naziri Həsən Həsənov, səfirlik əməkdaşları, SOCAR şirkətinin nümayəndələri, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.

Ulu öndərin abidəsi önünə əklillər və gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.

Mərasim çərçivəsində Tbilisidəki Heydər Əliyevin adına memorial abidə və Rustavi şəhərindəki heykəli də ziyarət edilib.

Check Also

İran Silahlı Qüvvələri Türkiyəyə raket atılmadığını bildirib

İran Silahlı Qüvvələri Türkiyə ərazisinə doğru heç bir raket atmadıqları barədə açıqlama yayıb. Boyukmillet.com “Haber Global”a …