Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

Prezidentdən nazir və məmurlara çağırış: “Yerli istehsal olan paltarlar geyinin”

Image result for nursultan nazarbayevQazaxıstan prezidenti Nursultan Nazarbayev nazirləri yerli istehsaldan olan paltarlar geyinməyə çağırıb.

boyukmillet.com xəbər verir ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev yanvarın 29-da hökumətin genişləndirilmiş iclasını keçirib.

Ölkə prezidenti çıxışı zamanı nazirlərə, məmurlara və region rəhbərlərinə çağırış edərək, onların diqqətinə xaricdə istehsal olan kostyumlardan imtina edərək, yerli istehsala üstünlük verilməsinin zəruriliyini çatıdırıb.

“Ən sadə geyimlər belə hamısı xaricdən gətirlir. Yaxşı modabazlar var, anladım. Onlara “Şanel” və ya digər şeylər verin. Bəs sadə xalq? Dünən gənclərlə görüşüm zamanı sərgidə çox gözəl kostyum və ayaqqablar göstərdilər. Sadəcə, onlara diqqət etmirik. Niyə onları inkişaf etdirmirk?”, – Nazarbayev deyib.

Ölkə başçısı məmurlara Qazaxıstanda istehsal olunan paltarları geyinməyin vacibliyini qeyd edib: “Burada oturan hər kəs ölkədə istehsal olunan geyimlərə keçməlidir. Burada dəhşətli heç nə yoxdur”.

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir