Cümə axşamı , 16 Yanvar 2025
Drone Cameras

İstanbulda azərbaycanlılar arasında qan davası – 6 nəfər öldürüldü / FOTOLAR

 
 
İstanbulda cinayəti araşdıran polis iki azərbaycanlı qrup tərəfindən törədilən silsilə cinayəti ortaya çıxarıb.
 
Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, 2018-ci il avqustun 8-də İstanbulda azərbaycanlı Gəncəli Əliyev qətlə yetirilib.
 
Qatil həmin vaxt hadisə yerindən qaçmağa nail olub. 
 
Aparılan araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı azərbaycanlı Sahib M saxlanılıb. 
 
Uzun müddətli axtarışdan sonra bəlli olub ki, cinayətin törədildiyi məhəllədə bir müddətdir azərbaycanlılar arasında silahlı insidentlər yaşanır. 
 
Belə ki, 2015-ci il dekabrın 9-u, yerli vaxtla 23:30-da Sultanqazi 50-ci İl məhəlləsində Sahib M.-nin böyük qardaşı Ramil M. şəxsi ədavət zəminində Natiq G. və atası Yapon G.-ni qətlə yetirib. 
 
2015-ci il yanvarın 15-də Sahib M. iki dostu ilə birlikdə qardaşının qətlində şübhəli bildiyi Misirxan Əliyevi Qaziosmanpaşada güllələyərək, öldürüb. 
 
Elə həmin ilin avqustun 8-də Sahib M. bu dəfə Gəncəli Əliyevi həmin məhəllədə qətlə yetirib. 
 
Avqustun 22-də isə Sahib M.-in qohumu olduğu deyilən Ramil Məmmədov öldürülüb. Bu hadisədə təqsirli bilinən Asif A. saxlanılıb. 
 
Dindirilmə zamanı Sahib M. ona qarşı irəli sürülən ittihamı qəbul etməyib. Və həbs edilib

 
 
 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir