Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Məhəmməd Əmin Rəsulzadənin 135 illiyi ilə bağlı tədbir keçirilmişdi. Tədbirdə DAK həmsədri Sabir Rüstəmxanlı, prof. Rəhim Əliyev və digərləri çıxış edərək Rəsulzadənin həyatı, mübarizə yolu, Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərlə bağlı çıxışlar ediblər. Tədbirdə iştirak edən DAK idarə heyyətinin üzvü, BDM sədri İsmayıl Ağayev isə marağlı təkliflə çıxış edib. O, bildirib ki, şəhərin gözəl yerlərindən biri olan Musabəyov parkı adlanan yerdə Rəsulzadəyə abidə ucaldılsın. Bununla bağlı təklifin DAK adından Bakı şəhər rəhbərliyinə ünvanlanmasını bildirib. Ağayev eyni zamanda onu da qeyd edib ki, abidənin qurulması ilə bağlı bütün maliyyə xərclərini Türkiyədə və Azərbaycanda olan bir qrup iş adamı öz üzərinə götürməyə hazırdır.
Check Also
Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …