Cümə axşamı , 26 Fevral 2026
Drone Cameras

Atatürkün rəsmi parlament yeməkxanasından götürülüb

İnterpress.az “Hurriyet”ə istinadən xəbər verir ki, rəssam Yaşar Çallının çəkdiyi rəsm əsəri 15 iyul hadisələrindən sonra təmir üçün bağlanan yeməkxananın divarından çıxarılıb, təmirdən sonra yerinə asılmayıb. 
Rəssam Yaşar Çallı, rəsm əsərini daha əvvəl də çıxarmaq istədiklərini söyləyib. O bildirib ki, Dolmabahçe sarayında rəssam olaraq Məclisin kadrlarından idim. O əlavə edib: “Məndən Məclisin yeməkxanasının divarına asmaq üçün bir əsər istədilər. Məndə Atatürkün bir şəklinə baxaraq rəsm əsərini çəkdim. Orijinal fotoda da rakı stəkanı var idi. Əlavə olaraq, stolda meyvə çəkdim, arxa fonda isə Topkapını çəkdim. Mənə dedilər ki bu rakı stəkanını çıxara bilərikmi, mən isə cavab verdim ki, mənim nə həddimə belə bir şey etmək”. Rəssam Bülənt Arınçın Türkiyə Böyük Millət Məclisində sədrlik etdiyi dövrdə də şəklin çıxarılmasını istədiklərini qeyd edib. Rəssam 2002-ci ilə qədər Məclisdə rəssam kimi fəaliyyət göstərdiyini söyləyib, həmçinin vurğulayıb ki., əgər əsər yerinə qaytarılmazsa, onu TBMM-də alacağam.

Check Also

SOCAR Serbiyada 600 milyon avroya elektrik stansiyası tikəcək

Son bir ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) elektrik enerjisi istehsalına böyük investisiyalar yatırmağa başlayıb. …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir