Cümə , 19 Aprel 2024
Drone Cameras

Zaur Mullayevin “Retro Dərbənd” adlı fotosərgisi keçirilib

Oktyabrın 26-da  Ləzgi Dövlət musiqi –dram  teatrının foyesində peşəkar fotoqraf, çox illər Dərbənd şəhər administrasiyasının   mətbuat xidmətində   işləmiş  Zaur Mullayevin  “Retro Dərbənd”  adlı fotosərgisi keçirilmişdir. Bu yaxınlar  Dərbənd tarixinə həsr olunmuş onun  fotosərgisi  Mahaçqalada şəhərində də baş tutmuşdur.  Z. Mullayev sovet dövründə çəkilmiş min beş yüzdən çox  şəkil təqdim etmişdir.  O, tarixi uşaqlıqdan sevmişdir. Doğma Dərbənd şəhəri ilə bağlı  qədim şəkilləri  axtarıb yığırdı. Bir neçə dəfə şəkillər üçün   Dövlət mərkəzi arxivinə  getmiş, şəhər  müəssisələrin arxivlərində araşdırma aparmışdır.   Öz çıxışında o, şəkillərə görə xüsusi minnətdarlığını  Dərbənd qoruq muzeyi arxiv fondunun əməkdaşlarına  çatdırmışdır.

Fotosərgi  Dərbənd qoruq muzeyinin direktoru Əli İbrahimovun  sponsorluq dəstəyi  ilə baş tutmuşdur. Həmçinin fotosərginin təşkilində   Ləzgi Dövlət musiqi –dram  teatrının direktoru  Dinara Eminova,   Dərbənd  musiqi məktəbinin direktoru Kamila  Mahmudova, şəhər  mədəniyyət, idman, gənclər siyasəti və turizm idarəsinin  mütəxəssisləri Gülpəri Mirzəbalayeva,  Ruhiyə  Qasımova yaxından iştirak etmişlər.  Şəhərdə məşhur olan “Viktoriya”  vokal qrupu  Zaur Mullayevə  həsr edilmiş yeni mahnını  oxumuşlar.  “ Uşaqların Səsi ”  teleşounun finalçısı    Aygün Abasova  qonaqların qarşısında gözəl mahnılarla çıxış etmişdir.

Fotosərgidə  DR gənclər işləri üzrə nazir Arsen Haciyev, DR ictimai palatasının üzvləri Svetlana həmzətova, Şumi Şabatayev, şəhər deputatlar məclisin deputatı Həsən Mirzoyev, şəhər təhsil şöbəsinin direktor müavini Sona Hacıbəyova,  şəhər administrasiyasının işçiləri,  KİV nümayəndələri, əmək  veteranları,  gənclər, ictimai təşkilatlarının nümayəndələri iştirak etmişlər.

Qeyd etmək lazımdır ki, Zaur Mullayev  2016-cı ildə  Dərbənd şəhərinə həsr olunmuş  üç sərgi təşkil etmişdir. “ Dərbənd ” ictimai-siyasi qəzetinin kollektivi  Zaur Mullayevə onun yaradıcılığında   müvəffəqiyyətlər  arzulayır.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir