Cümə axşamı , 5 Mart 2026
Drone Cameras

Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxs bələdiyyə üzvlərini döyüb

Bakıda özlərini Qarabağ qazisi kimi təqdim edən şəxs bələdiyyə üzvlərini döyüb.

DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a bildirib ki, dekabrın 9-da saat 11 radələrində özlərini “Çinar Park” MMC-nin işçiləri və Qarabağ qaziləri kimi təqdim edən bir qrup şəxs Yasamal rayon bələdiyyəsinin inzibati binasına daxil olub, bələdiyyə ilə MMC arasında bağlanmış müqavilənin vaxtından əvvəl ləğv edilməsinə etiraz edərək inzibati binanın otaqlarında dağıntılar törədib və bələdiyyənin 2 üzvünü döyərək onlara xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin olunub və iş üzrə istintaq hərəkətləri aparılır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …