Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Komitə sədri İmişlidə zorakılığa məruz qalan 11 yaşlı qızın durumunu açıqlayıb

“İmişlidə 11 yaşlı qızın zorakılığa məruz qalması ilə bağlı araşdırmalar davam etdirilir”.

Boyukmillet.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin qız hazırda psixoloji reabilitasiya dövrü keçir.

“Qismən təhsilə cəlb edilib. Reabilitasiya dövrü başa çatdıqdan sonra onun təhsilini harada davam etdirəcəyi ilə bağlı qərar veriləcək”, – Komitə sədri bildirib.

Qeyd edək ki, İmişlidə 11 yaşlı qız ögey atası tərəfindən təcavüzə məruz qalaraq hamilə qalmışdı.

Check Also

Bu ilin ilk altı ayında Azərbaycanda hepatit B və C diaqnozu ilə 28 nəfər qeydiyyata alınıb – RƏSMİ

Azərbaycanda 2026-cı ilin yanvar–iyun aylarında hepatit B və C diaqnozu ilə hər birinə ayrı-ayrılıqda 14 …