Bazar , 15 Noyabr 2026
Drone Cameras

Türkiyə İraqda 2 terrorçunu zərərsizləşdirib

Türkiyə xüsusi xidmət orqanları İraqın şimalındakı Qəndil bölgəsində iki PKK terrorçusunu zərərsizləşdirib.

Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə təhlükəsizlik strukturlarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, terrorçular Milli Kəşfiyyat Təşkilatının (MİT) dəstəyi ilə məhv edilib.

Qeyd edək ki, PKK terrorçuları uzun illərdir Türkiyədə sabitliyi pozmaq, ölkəni parçalamaq üçün bir sıra hücumlar həyata keçirirlər. ABŞ, Avropa İttifaqı qruplaşmanı terrorçu təşkilatlar siyahısına salıb.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …