Çərşənbə , 15 Yanvar 2025
Drone Cameras

…Onların “padla” Əlikramdan fərqi nədir?… – Sənan Nəcəfov soruşur..

Əlikram Hümbətov “örnəyi”

Əlikram Hümbətov 30 il bundan əvvəl, 1989-cu ildə yuxarıda haqlarında bəhs etdiyimiz fiqurlardan biri idi, hətta adı Xalq Cəbhəsinin yaradıcılarından biri kimi gedirdi. Amma hazırda onun haqqında cəmiyyətdə tamamilə haqlı olaraq birmənalı yanaşma var – keçdiyi yol, etdiyi hərəkətlər, verdiyi bəyanatlar bu adamla heç bir kontakt, hər hansı bir ünsiyyətə ümumiyyətlə yer qoymur. Zatən Azərbaycandan qovulub, vətəndaşlıqdan da məhrum edilib, ardını da necə deyərlər “özü bilər, allahı bilər”, onunla bizim cəmiyyət arasında hər hansı bir ilişki mümkünsüzdür.

Əlikram və onun kimiləri Azərbaycan ictimai sferasında əbədi olaraq susdurulub və bu yalnız belə ola bilərdi, başqa cür yox. Elə insanlar yalnız bunu haqq edir.

Yəqin ki, bununla hamı razı olar.

Yaxşı, belə olan halda bəs İsgəndər Həmidov hansı haqla danışır? Və onun kimilərə bu səhnəni verənlər kimdir? Sevinc Osmanqızı, özünü etibardan çoxdan salmış bu rüsvayçı insanla nə barədə danışmaq istəyirdi?

1990-larda jurnalistləri döyüb “əcəb eləmişəm, sonra öldürəcəm” deyən, onsuz da seperatizmdən əziyyət çəkən çoxmillətli ölkədə açıq-aşkar irqçilik ideyaları yayan, ölkə rəhbərliyində olmasına rəğmən “bizim Çində (!) işimiz olacaq”, “6 dənə atom bombamız var” kimi provakativ yalanlar danışan adama niyə ictimai fikirdə yer verilməlidir, bunun səbəbi nədir?

“Azadlıq aşiqi” Nemət, “başıma güllə sıxacam” Rəhim, “cinayətimiz məğlubiyyətimizdir” Pənah və onlarla onlarkimilər özünü müxalif ictimai fiqur kimi mövqeləndirməyə cəsarət tapa bilirsə, bu cəmiyyətin xəstəliyinin nə qədər ağır olmasının barometridir.

Kimsə izah edə bilərmi – onların “padla” Əlikramdan fərqi nədir? 

 

Check Also

Dünya liderlərini bir araya gətirən Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsi keçirilir. “Report”un BƏƏ-yə ezam olunmuş əməkdaşı xəbər …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir