Şənbə , 21 Sentyabr 2024
Drone Cameras

Narkotiki it damında gizlədən şəxs saxlanılıb

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, rayonun Meşəşambul kənd sakini, əvvəllər də məhkum olunmuş Nurani Kahayevin yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə polisə məlumat daxil olub. Keçirilmiş tədbirlərlə şübhəli şəxs qismində saxlanılan N.Kahayevin üzərindən qurudulmuş marixuana aşkarlanıb. Yaşadığı ünvana baxış keçirilən zaman isə saxlanılan şəxsin narkotik vasitəni şüşə qablara yığıb, evin həyətindəki it damında gizlətdiyi müəyyən edilib.

O, ifadəsində kənar şəxslərin əlinə keçməməsi üçün narkotiki orada gizlətdiyini və vaxtaşırı istifadə etdiyini bildirib. Ümumilikdə 7 ədəd şüşə qabda olan qurudulmuş marixuana həmin yerdən götürülərək ekspertizaya təqdim olunub.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Check Also

Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Xaçmaz-Xudat avtomobil yolunun …